• Ləpəli dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 16 646

Tarix : 20-06-2014, 02:32

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram ləpələrin qarışığı (badam, fındıq, püstə, qoz ləpəsi)
100 qram şəkərlənmiş meyvələr ( albalı, portağal, ananas)
100 qram acı şokolad (59%)
500 ml qaymaq (35%)
4 ədəd yumurtanın sarısı
90-100 qram şəkər tozu
Bir çimdik vanilin

Hazırlanması:
Badam, fındıq, püstə, qoz ləpələrini xırdalayıb, tavada 5 dəqiqə ərzində qarışdıraraq, qovurun. Şokoladı iri-iri, şəkərlənmiş meyvələri isə xırda kubik formasında doğrayın.
Yumurta sarısını şəkər tozu ilə çalıb, üzərinə bir çimdik vanilin əlavə edərək, qarışdırın. Sonra vam odda 4-5 dəqiqə ərzində şəkər tozu tam əriyənə qədər bişirin. Sonra bişmiş kremin üzərinə doğranılmış şokolad, badam, fındıq, püstə, qoz ləpələrini və şəkərlənmiş meyvələri töküb, qarışdırın.
Soyudulmuş qaymağı yaxşıca çalıb, kremin üzərinə əlavə edərək, qarışdırın.
Keks bişirmək üçün xüsusi forma qabına yeyinti məhsullar üçün salofan paketi sərib, üzərindən kremi tökərək, bərabər şəkildə yayın. Sonra desertin üzərindən salofan paketi örtüb, 12 saat ərzində dondurucu kamerada saxlayın.
Dondurulmuş deserti soyuducudan çıxarıb, 20 dəqiqə ərzində kənara qoyun.
Sonra deserti səliqəli çevirib, forma qabından və salofan paketindən çıxararaq, 5-10 dəqiqə ərzində kənara çəkib, saxlayın.
İstəsəniz desertin üzərindən bal və ya mürəbbə şirəsi tökün.

Nuş olsun!
Etiketlər: ərzində, Sonra, dəqiqə, şəkər, üzərindən, qarışdırın, salofan, şəkərlənmiş, üzərinə, fındıq, püstə, kənara, forma, saxlayın, əlavə, desertin, edərək, ləpələrini, meyvələri, deserti
BİZİ İZLƏYİN