• Ev dondurması - Meyvəli buz resepti

Reseptin məlumatları Baxış sayı: 12 911

Tarix : 24-03-2017, 21:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Çiyələk - 500 qr
Şəkər tozu - 120 qr (zövqə görə artırmaq və ya azaltmaq olar)
Su - 120 qr
Limon - 1/2 dənə

Hazırlanması:
1. Təmizlənmiş və yuyulmuş çiyələyi blenderdə əzin, alınmış püreni ələkdən sıxın və limonu sıxıb şirəsini əlavə edin.
2. Qazana su töküb, şəkər tozu əlavə edin, 2 dəqiqə ərzində vam odda qaynadın.
3. Su soyuyanda çiyələk püresini əlavə edin, yaxşı qarışdırın.
4. Alınmış kütləni yoqurt stəkanlarına və ya digər kiçik plastik qablara tökün, soyuducunun dondurucu kamerasına qoyun. Supermarketlərdə ev dondurması üçün olan xüsusi dəstlər tapmaq olur.
5. Dondurma bir qədər donanda hər stəkana plastik çöp batırın və tam donana kimi dondurucu kamerada saxlayın.

Nuş olsun!

P.S. Dondurmanı həmçinin banan, moruq, şaftalı, ərik, portağal, kivi, qarpız və zövqə görə digər meyvə və giləmeyvələrdən hazırlamaq olar.
Etiketlər: əlavə, dondurucu, zövqə, plastik, digər, xüsusi, dəstlər, Dondurma, qədər, dondurması, tapmaq, kamerasına, qablara, kiçik, tökün, soyuducunun, qoyun, Supermarketlərdə, stəkana, portağal
BİZİ İZLƏYİN