Tərkibi:1 bağlama hazır xəmir
2 limon
3 alma
0,5 st. şəkər tozu
30 q şəkər pudrası
2 s.q. limon şirəsi
Hazırlanması:Limonları 10-15 dəqiqə suda bişirin. Sonra üzərinə soyuq su töküb soyudun. Yarı bölün, şirəsini ayrı bir qaba sıxın.
Toxumlarını çıxarıb ət maşınından keçirin.
Almaları təmizləyib sürtgəcin iri gözündən keçirin. Limon və şəkər tozu ilə birləşdirin.
Hazır xəmiri 5-6 mm qalınlıqda yayın. Üstünə limonlu-almalı iç qoyub hamarlayın.
Rulet kimi bükün, içində bişirəcəyiniz sininin divarının hündürlüyü enində dilimlərə doğrayın. Sonra dilimləri siniyə yanaşı düzüb (şəkildəki kimi) bir qədər saxlayın ki, şişsinlər.
220 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin.
Limon şirəsi və şəkər pudrasını qarışdırıb hazır piroqun üstünə çəkin. Soyudun. Sonra doğrayın.
Nuş olsun!
Etiketlər: şəkər, Sonra, keçirin, doğrayın, bişirin, şirəsi, Limon, dəqiqə, hazır, limon, yanaşı, Rulet, dilimləri, dilimlərə, siniyə, hündürlüyü, içində, sininin, bükün, divarının