• Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 5684

Tarix : 5.09.2017, 18:00

Bölmə : Piroq və Kekslər, Foto reseptlər

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi:
120 qr qaymaq (20% yağ tərkibli)
250 qr xama (20% yağ tərkibli)
800 qr kəsmik (18% yağ tərkibli)
100 qr kərə yağı
3 ədəd yumurta
10 qr limon qabığı
400 qr peçenya
100 qr qaragilə
200 qr şəkər tozu
şəkərli vanil bıçaq ucunda
darçın bıçaq ucunda

Hazırlanması:
Hazırki çizkeyk reseptində pendir yağlı kəsmik ilə əvəz olunub.

1. İnqredientlər hazırlanır.

2. Peçenyalar blender ilə xırda doğranır.

3. Alınan un kimi peçenyalara bir qədər əridilmiş yağ vurularaq, formanın dibinə yerləşdirilir. Sonra digər boşqabda kəsmiyə yağlı qaymaq qatılır, onların üzərinə blenderdə çalınmış yumurta, şəkər tozu və şəkərli vanil əlavə edilib qarışdırılır.
Formadaki peçenyaların üzərinə ehtiyyatla kəsmikli məhlul əlavə edilib, əvvəlcədən 170 dərəcədə isidilmiş sobaya 50 dəqiqəlik yerləşdirilir.

4. Nəhayət, 50 dəqiqədən sonra çizkeyk sobadan çıxarılır, üzərinə birdaha kəsmikli məhlul əlavə edilir, 2 xörək qaşığı şəkər tozu səpilir və bir çimdik vanil əlavə edilərək yenidən 7 dəqiqəlik sobaya yerləşdirilir və sobanın temperaturu 200 dərəcəyədək artırılır.

5. Sobadan çıxarılandan sonra üzərinə qaragilə əlavə edilərək 3-4 saatlıq soyuducuya yerləşdirilir.

Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT

Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT

Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT

Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT

Pendirsiz qaragiləli çizkeyk resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: əlavə, üzərinə, yerləşdirilir, şəkər, tərkibli, vanil, məhlul, ucunda, bıçaq, edilərək, çizkeyk, sonra, dəqiqəlik, yağlı, sobaya, şəkərli, qaragilə, qaymaq, edilib, yumurta
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica