Tərkibi:100 q feta
30 q parmezan
3 pomidor
1 xiyar
0,5 baş soğan
0,5 bolqar bibəri
1 avokado
kahı
2 x.q. zeytun yağı
0,5 ç.q. ədviyyat (ətirli göyərti qurusu)
1,5 ç.q. limon şirəsi
duz
istiot
Hazırlanması:Əvvəlcə sousu hazırlayın: zeytun yağı, limon şirəsi, duz və ədviyyatı (Provans otları, həmçinin paprika) qarışdırın.
Pomidor, xiyar, soğan, bolqar bibəri və avokadonu doğrayın. Sousu əlavə edib qarışdırın. Dərin salat qabına yığın.
Kahı yarpaqlarını əlinizlə doğrayıb salatın üzərinə döşəyin.
Parmezan pendirini sürtgəcdən keçirin. Fetanı isə çəngəllə əzin. Əlinizi isladıb fetadan kürəciklər düzəldin, parmezan pendirinə batırın.
"Qartopu"ları kahının üzərindən düzün.
Nuş olsun!
Etiketlər: şirəsi, zeytun, qarışdırın, bibəri, bolqar, limon, parmezan, xiyar, soğan, Parmezan, sürtgəcdən, keçirin, pendirini, üzərinə, əlinizlə, doğrayıb, salatın, Fetanı, döşəyin, kürəciklər