Tərkibi:400 q un
20 q xama
125 q kərə yağı
200 q qoz
175 q şəkər tozu
35 q bal
2.5 q darçın
1 yumurta sarısı
Hazırlanması:Kərə yağı yumşaldılır və 15 dəqiqə çalınır sonra üzərinə xama əlavə edilib yenə 2 dəqiqə çalınır. Üzərinə un, duz, maya qatılıb xəmir yoğrulur. Xəmir özünə gəlincəyə qədər iç hazırlanır. Bunun üçün qoz tavada azacıq qovrulur, sonra badam maşından keçirilir, üzərinə şəkər tozu , bal və darçın əlavə edilib qarışdırılır. Xəmir 300 qramlıq kündələrə bölünüb 5 mm qalınlığında yayılır. Üstünə 200 q iç səpilir və rulet formasında bükülür. Üzərinə yumurta sarısı çəkilib 190-200 C tempraturda 35-40 dəqiqə bişirilir.
Nuş olsun!
Etiketlər: dəqiqə, əlavə, edilib, Üzərinə, şəkər, Xəmir, sonra, üzərinə, yumurta, çalınır, darçın, sarısı, yayılır, qalınlığında, kündələrə, Üstünə, qramlıq, qarışdırılır, bölünüb, çəkilib