• Giləmeyvəli mannı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 17 692

Tarix : 21-08-2014, 01:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 st. (250 q) mannı yarması
1 st. şəkər tozu
1 st. su
0,5 st. qoxusuz bitki yağı
0,5 st. un
1 çimdik duz
0,5 ç.q. soda (9%-li sirkə ilə söndürün)
1 alma
0,5 st. giləmeyvə

Hazırlanması:
Şəkər tozu və mannını qarışdırın, üzərinə su töküb qarışığın 30 dəqiqə müddətində şişməsini gözləyin. Sonra yağ, duz, sirkədə söndürülmüş soda, tədricən un əlavə edib xama qatılığında xəmir yoğurun.

Almanın qabığını soyun, xırda kubik doğrayın, xəmirə əlavə edib qarışdırın.
Bitki yağı ilə yağlanıb un səpilmiş formaya xəmirin yarısını tökün. Üzərinə giləmeyvəni düzün. Giləmeyvənin üzərinə xəmirin qalanını töküb hamarlayın.
170 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: üzərinə, dəqiqə, xəmirin, əlavə, qarışdırın, töküb, formaya, səpilmiş, yoxlayın, yarısını, tökün, olsun, yağlanıb, kubik, doğrayın, xəmirə, Bitki, Üzərinə, giləmeyvəni, hamarlayın
BİZİ İZLƏYİN