• Çiyələkli-xaş-xaşlı Belçika vafliləri resepti- FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 947

Tarix : 4-10-2014, 21:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. tort üçün un
2 ç.q. qabartma tozu
0,5 ç.q. duz
4 iri yumurta
2 x.q. şəkər tozu
0,5 ç.q. vanil
55 q kərə yağı
2 st. süd
4-6 əd. təzə çiyələk
2 ç.q. xaş-xaş

Hazırlanması:
Vafli aparatını qızdırın.
Çiyələkli-xaş-xaşlı Belçika vafliləri resepti- FOTO RESEPT


Un, duz və qabartma tozunu birlikdə ələyin. Bir kənara qoyun.

Yumurtanın ağını sarısından ayırın. Yumurta sarısını taxta qaşığın vasitəsilə şəkər tozuyla çalın. Vanil, kərə yağı, süd əlavə edin, qarışdırın. Un əlavə edib yüngülcə qarışdırın. Yumurta ağını mikserlə çalın. Digər qarışığa əlavə edib taxta qaşıqla səliqə ilə qarışdırın. Xaş-xaş əlavə edin, qarışdırın.
Çiyələkli-xaş-xaşlı Belçika vafliləri resepti- FOTO RESEPT


Çiyələyi xəmirə əlavə edib qarışdırın.
Çiyələkli-xaş-xaşlı Belçika vafliləri resepti- FOTO RESEPT


Xəmiri qızdırılıb yağlanmış vafli aparatına boşaldın. Qapağını örtüb 3 dəqiqə, yaxud qızılı rəng alanadək bişirin.
Çiyələkli-xaş-xaşlı Belçika vafliləri resepti- FOTO RESEPT


Süfrəyə çiyələk mürəbbəsi və ya şərbətlə verin.

Nuş olsun!
Etiketlər: qarışdırın, əlavə, Yumurta, taxta, çalın, ağını, qabartma, şəkər, çiyələk, olsun, yağlanmış, vafli, aparatına, qızdırılıb, Xəmiri, qaşıqla, səliqə, Çiyələyi, xəmirə, boşaldın
BİZİ İZLƏYİN