• Banan və Nutella ilə fəsəlilər resepti

Reseptin məlumatları Baxış sayı: 12 628

Tarix : 17-09-2017, 18:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 ml süd
3 yumurta
200 qr un
2-3 x.q. şəkər tozu
3 x.q. bitki yağı
Bir çimdik duz
2 banan
3 x.q. qoz pastası «Nutella»

Hazırlanması:
1. Yumurtaları sınırıb dərin qaba tökün, üzərinə şəkər tozu və duz səpin. Bunları yumurtaçalanla birtərkibli məhlul alana kimi qarışdırın (çalmayın).

2. Yumurta qatışığına 200 ml süd əlavə edin, sonra unu da oraya ələyin və xəmir olana kimi qarışdırın, tərkibinə görə bu, qatı xamaya bənzəməlidir.

3. Qalan 300 ml südü də yavaş-yavaş onun üzərinə əlavə edin və qarışdırın.

4. Yumurtaçalanla qarışdıra-qarışdıra bitki yağını da buraya tökün.

5. İçərisində blini xəmiri olan qazanın üstünü qida kağızı ilə bağlayın, 15-20 dəq. qalsın.

6. Tavanı qızdırın və üzərinə bitki yağı sürtün.

7. Tavanın ortasına bir və ya yarım çömçə (tavanın diametrindən asılı olaraq) xəmir tökün və tavanı aşağı-yuxarı, sağa-sola əyməklə xəmiri tez nazik qatla tavanın içərisinə yayın.

8. Blininin kənarları qızarmağa başlayan kimi səliqə ilə o biri üzünə çevirin və o biri tərəfini də 15-20 saniyə bişirin.

Bütün xəmiri bu qayda ilə bişirin. Hazır bliniləri üst-üstə boşqaba yığın.

Blinini üçbucaq şəklində qatlayın, içərisinə dilimlə doğranmış banan düzün (əvvəlcədən isə bananın üzərinə limon suyu səpin). Şirin səhər yeməyinin üzərinə şəkər tozu səpin və bir az qoz pastası sürtün! Əmin ola bilərsiniz, hamı ləzzətlə yeyəcək!

Nuş olsun!
Etiketlər: üzərinə, qarışdırın, tökün, səpin, xəmiri, bitki, şəkər, bişirin, əlavə, xəmir, içərisinə, qarışdıra, yavaş, tavanın, sürtün, banan, pastası, üzünə, səliqə, başlayan
BİZİ İZLƏYİN