• Bananlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 195

Tarix : 22-07-2017, 19:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
1 dəymiş yumuşalmış banan
100 qr yumuşaq kərə yağl
2 yumurta
yarım stakan smetan
1 çay qaşığı soda
100 qr (5 dolu yemək qaşığı şəkər kirşanı)
2 yemək qaşığı kakao
100 qr un ( yarım stakandan bir varmaq çox )
100 qr xırdalanmış qoz ləpəsi (1 ovuc)
1 paket vanilin
1 cimdik duz

Hazırlanması:
1. Dəymiş banan yumuşaq olur , onu çəngəl ilə əzmək asandır çox. Qabığını soyun və yaxşıca əzin. Bura smetan əkavə edin və qarışdırın. Qoyun kənara.

2. Dərin qabın içində kərə yağını şəkər kirşanı ilə mikser köməyi ilə çalın.
3. Yumurtaları bir-bir əlavə edin, hər səfərində yaxşı çalın.

4. Bu məhlula banan və smetanlı qarışımı əlavə edin , qısa müddət çalın.

5. Un, soda, kakao və duzu birbaşa ələyin yumurtalı məhlulun içinə və qaşıqla qarışdırın. Ən son xırdalanmış qoz əlavə edin və qarışdırın.

Orta qatılıxda xəmir alınır , nə çox qatı, nə çox duru.
Yağlanmış keks qabına tökün 180 t isidilmiş sobada 30-40 dəq bişirin.

Nuş olsun!
Etiketlər: qaşığı, qarışdırın, banan, əlavə, çalın, şəkər, xırdalanmış, yemək, kakao, kirşanı, yumuşaq, yarım, smetan, qarışımı, birbaşa, ələyin, müddət, məhlula, yumurtalı, səfərində
BİZİ İZLƏYİN