• Zərif şokoladlı, marshmallowlu peçenye resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 4 726

Tarix : 3-03-2018, 23:15

Bölmə : Peçenye reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 plitka (170 qr ) südlü şokolad
1 paket marşmelov (marshmallow)
1 paket kəpəkli peçenye

Hazırlanması:
İlk öncə şokoladı mikrodalğalı sobada əridin. Maffin qəlibinə fırça köməyi ilə şokolad yaxın. Qəlibi 7 dəqiqəlik suyuducuya yerləşdirin və çıxarın. Yenidən qəlibə şokolad yaxın və 7 dəqiqə soyuducuda saxlayın. (Bu hərəkəti 2 dəfə etməyimizin səbəbi şokoladın qəlibdən daha asan çıxması üçündür). Marshmallowları aşağı dərəcəli mikrodalğalı sobada yumşalanadək gözlədin.(Çox saxlasanız yanacaq).

Mikrodalğalı sobada yumşalan marshmallowları qəlibdəki şokoladın orta hissəsinə qoyub boşluq qalmayacaq şəkildə yüngülcə sıxın. Üstünə isə kəpəkli peçenyeləri qoyun. (Marshmallowlar peçenyeyə yapışmalıdr).Eyni qayda ilə bütün qəlibləri doldurun.

Sonda çokomelləri təxminən 10-15 dəqiqə soyuducunun alt hissəsində soyudun. Daha sonra soyuducudan çıxarıb çokomelləri qəliblərdən çıxarın.

Şokoladlar əriməsin deyə təkrar soyuducuda saxlayın. Süfrəyə verdikdə zövqə görə üzərinə kokos və ya rəngli şəkər tozuyla bəzəyə bilərsiniz.

Zərif şokoladlı, marshmallowlu peçenye resepti - FOTO RESEPT

Zərif şokoladlı, marshmallowlu peçenye resepti - FOTO RESEPT

Zərif şokoladlı, marshmallowlu peçenye resepti - FOTO RESEPT

Zərif şokoladlı, marshmallowlu peçenye resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: sobada, şokolad, çıxarın, mikrodalğalı, yaxın, kəpəkli, çokomelləri, şokoladın, soyuducuda, saxlayın, dəqiqə, paket, soyuducunun, doldurun, Sonda, təxminən, qəlibləri, yapışmalıdr, Üstünə, sıxın
BİZİ İZLƏYİN