• Bəzəkli peçenya resepti

Reseptin məlumatları Baxış sayı: 10 462

Tarix : 26-04-2017, 14:00

Bölmə : Şirniyyatlar / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Gulya


Tərkibi:
250 qr yağ,
1 ədəd yumurta,
yarım st duru yağ,
1 st şəkər tozu,
1 paket vanil,
1 paket qabartma tozu,
3 st. un (apardığı qədər)

Üzəri üçün:
Şokolad,kakos və ya tort bəzəyi

Hazırlanması:
Xəmir üçün qeyd olunmuş bütün ərzaqları bir qaba töküb, bərk xəmir yoğururuq. Qoz boyda kündələr ayıraraq, forma vermək üçün çəngəllə bir tərəfindən basırıq. Bu qayda ilə bütün kündələri hazır etdikdən sonra soba qabına yığaraq 180 dərəcədə bişiririk. Diqqət etmək lazımdır ki, peçenyaların üstü qızarmasın, altının qızarmağı bişməyinin göstəricisidir.

Soyuduqdan sonra bir tərəfəni əridilmiş şokolada (qlazur da ola bilər) salırıq. Sonra kakos və ya tort bəzəyinə batırırıq. Beləliklə, gözəl görünüşlü ləziz peçenyalarımız servisə hazırdır.

Nuş olsun!
Etiketlər: bütün, kakos, paket, sonra, altının, qızarmağı, bişməyinin, Soyuduqdan, tərəfəni, göstəricisidir, peçenyaların, bişiririk, dərəcədə, Diqqət, etmək, əridilmiş, lazımdır, qızarmasın, qlazur, görünüşlü
BİZİ İZLƏYİN