• Sərxoş gilənar tortu resepti

Reseptin məlumatları Baxış sayı: 17 408

Tarix : 21-10-2014, 14:00

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. çəyirdəksiz gilənar
konyak (araq)
6 yumurta
1 st. un
1 st. şəkər tozu
1 paket vanilli şəkər
1 paket qabartma tozu
200 q kərə yağı
1 banka qatılaşdırılmış süd

Hazırlanması:
Təzə gilənar əvəzinə dondurulmuşundan istifadə etmək olar. Tort hazırlamazdan bir gün əvvəldən gilənarın üstünə konyak töküb soyuducuda saxlayın. Sabahı gün konyakı süzün.

Yumurtaları mikserlə çalın, tədricən şəkər tozu, qabartma tozu, vanil, un əlavə edərək çalın. Sinini yağlayın, un səpin. Xəmiri içinə boşaldın. 180 dərəcə qızdırılmış sobada bişirin. Biskviti soyudun. Sonra iki hissəyə bölün. Amma alt hissə üst hissədən qalın olmalıdır. Alt hissənin içini oyub bir qaba yığın.

Yağı hissələrə bölüb mikserlə çalın. Qatılaşdırılmış süd, sonra isə «sərxoş» gilənarları əlavə edin. Oyub çıxardığınız biskvit tikələrini də əlavə edib qarışdırın. Alınan kütləni alt korjun içinə doldurun. İkinci korju üstünə qoyun.

Şokoladın üstünə süd töküb bir neçə saniyəlik mikrodalğalı sobaya qoyun. Sonra çıxarıb qarışdırın (bunu su hamamında, südsüz də əridə bilərsiniz). Qlazuru tortun üstünə və kənarlarına çəkin. Zövqünüzə görə bəzəyin.

Nuş olsun!
Etiketlər: üstünə, şəkər, çalın, əlavə, töküb, mikserlə, Sonra, içinə, qarışdırın, qoyun, konyak, paket, gilənar, qabartma, tikələrini, biskvit, içini, hissənin, olmalıdır, kütləni
BİZİ İZLƏYİN