• Çiyələkli vanilli tort resepti

Reseptin məlumatları Baxış sayı: 23 890

Tarix : 19-06-2014, 01:49

Bölmə : Tort reseptləri / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qr kərə yağı
400 qr un
250 qr şəkər tozu
2 Ədəd yumurta
2 Su stəkanı qaymaq (krem üçün)
3 Yemək qaşığı pudra şəkəri
1 Paket vanil
2 Su stəkanı çiyələk
Nanə yarpaqları

Hazırlanması:
Bir qabın içinə otaq istiliyindəki kərəyağını yumşalana qədər qarışdırın.
Üzərinə unun üçdə birini əlavə edin və qarışdırın.
Qarışdırarkən əvvəl şəkər tozu ardından yumurta və daha sonra qalan unu əlavə edin.
Hamısı yaxşı qarışana qədər döyün.
30 * 40 santimetr böyüklüyündə bir nimçəni yağlı kağızla örtün və xəmiri nimçəyə boşaldın.
180 dərəcəlik sobada qızarana qədər bişirin.
Bişən xəmiri sobadan götürüb, soyumağa buraxın.
Soyuyan keksi üç bərabər parçaya bölün.
Bu vaxt qaymağı (kremi), pudra şəkəri və vanil ilə çırpın.
Bu kremdən ilk tort qatına sürün.
Üzərinə çiyələk sıralayın.
İkinci tort qatını üzərinə qoyun.
Krem sürün və yenə çiyələk sıralayın.
Son parça keksi də yerləşdirib, üzərinə qalan kremi sürün və çiyələkləri düzün.
Təzə nanə yarpaqları ilə bəzəyib, servis edin.

Nuş olsun!
Etiketlər: çiyələk, qədər, sürün, keksi, üzərinə, xəmiri, qarışdırın, əlavə, qalan, yarpaqları, sıralayın, kremi, Üzərinə, vanil, şəkəri, stəkanı, yumurta, pudra, şəkər, bərabər
BİZİ İZLƏYİN