• Avaz tort resepti

Reseptin məlumatları Baxış sayı: 15 406

Tarix : 21-06-2016, 12:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
yarım su stəkanı döyülmüş qoz və ya kakos
2 ədəd alma
2 ədəd banan
1 paket krem şanti
1 su stəkanı süd
1 paket biskvit
yarım paket şokolad sousu

Hazırlanması:
Almaları və bananları kiçik kiçik doğrayın.
Krem şantiylə südü qarışdırın.
Biskvitləri parçalayın qozu əlavə edərək qarışdırın.
İstədiyiniz şəkildəki qabın içinə yağlı kağız qoyun.
Qarışdırdığınız bu ərzaqları yağlı kağızın üzərinə tökün.
Soyuducuda bir gecə gözlədin.
Donmuş tortu düz bir qaba tərs olaraq çevirin. (Şokolad sousunu paketin üzərindəki kimi hazırlayın və tortun üzərinə tökün).
İstəyə görə kokos və ya döyülmüş qoz ilə bəzəyərək süfrəyə təqdim edin.

Nuş olsun!
Etiketlər: paket, qarışdırın, tökün, kiçik, yağlı, üzərinə, stəkanı, yarım, döyülmüş, olaraq, ərzaqları, çevirin, tortu, gözlədin, Soyuducuda, kağızın, Donmuş, paketin, bəzəyərək, kokos
BİZİ İZLƏYİN