• Limon şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 201

Tarix : 24-09-2014, 19:00

Bölmə : Şorbalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 l toyuq bulyonu
1 limon
1 yumurta
3-4 x.q. düyü
cəfəri

Bulyon üçün:
toyuq
yerkökü
soğan
kəvər

Hazırlanması:
Bulyon üçün toyuğu yerkökü, soğan və kəvərlə birlikdə ət tam bişənədək qaynadın. Əti başqa xörək üçün istifadə edə bilərsiniz. Suyunu isə süzün.

Düyünü yuyub bulyona tökün, təxminən 15-20 dəqiqə, yumşalanadək bişirin.

Yumurtanı bir kasaya qırın, çalın. Qarışdıra-qarışdıra 1 limonun şirəsini içinə sıxın. Qaynayan bulyondan yarım çömçə buraya əlavə edin (əlinizi saxlamayın, qarışdırmaqda davam edin).

Ocağı azaldın, elə olsun ki, şorbanın qaynamağı tam dayansın, sonra şorbanı qarışdıra-qarışdıra limonlu-yumurtalı qarışığı əlavə edin. Bir neçə dəqiqə, şorba qatılaşanadək qarışdırın. Əsas odur ki, şorba qaynamasın, yoxsa yumurta lopa əmələ gətirəcək.

Hazır şorbaya doğranmış cəfəri səpə bilərsiniz. Şorbanın çox turş olacağından qorxmayın, üz-gözünüzü turşutmayacaq dərəcədə zərif dada malikdir.
Limon şorbası resepti - FOTO RESEPT

Limon şorbası resepti - FOTO RESEPT

Limon şorbası resepti - FOTO RESEPT

Limon şorbası resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdıra, yerkökü, dəqiqə, olsun, Bulyon, bilərsiniz, soğan, cəfəri, şorba, əlavə, yumurta, toyuq, sonra, limonlu, dayansın, yumurtalı, şorbanı, Ocağı, qarışdırmaqda, saxlamayın
BİZİ İZLƏYİN