• Yaşıl şorba resepti

Reseptin məlumatları Baxış sayı: 5 052

Tarix : 30-07-2018, 12:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
2 böyük dəstə (400 qr.) türşənq və ya ispanaq
1/2 limon (ispanaqla edirsizsə)
1 baş soğan
2 orta kartof
2 lt. toyuq və ya ət bulyonu
yumurta (adam sayına görə)
xama
duz
istiot
2 x.q. bitki yağı

Hazırlanması:
1.Soğanı xırda doğrayıb bitki yağında qızardırıq.
2.Soğanın üstünə bulyon əlavə edirik.
3.Bulyon qaynayan zaman içinə kub doğranılmış kartof əlavə edirik.
4.Kartof bişənə kimi seçdiyiniz göyərtini xırda doğrayın. Kartof hazır olana yaxın göyərtini qazana tökün və 5 dəqiqə bişirin.
5.Duz və istiot əlavə edin.
6.Hazır şorbanı boşqaba töküb içinə yarım yumurta və 1 x.q. xama qoyuruq.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, bitki, istiot, xırda, içinə, göyərtini, Kartof, yumurta, edirik, kartof, hazır, olana, doğrayın, yaxın, seçdiyiniz, ispanaq, bişənə, qazana, türşənq, dəqiqə
BİZİ İZLƏYİN