• Xarço resepti

Reseptin məlumatları Baxış sayı: 1262

Tarix : 12.07.2018, 12:00

Bölmə : Sulu yeməklər, Şorbalar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)




Tərkibi:
0,5 kg sümüklü mal əti
2 baş soğan
5-6 diş sarımsaq
1/2 stakan uzun düyü
5 ədəd pomidor
1 ç.q. tomat pastası
1 x.q. tkemali sousu (mendə olmadığından 2 quru alça atdım, turşuluq verir)
30 qr. kərə yağı
keşniş
cəfəri
qırmızı istiot (acılığı özünüz təyin edin)
xmeli-suneli
keşniş toxumu (üyüdülmüş)
dəfnə yarpağı
duz
yumru qara istiot

Hazırlanması:
Mal ətini 2 saat az xodda bişiririk. Dəfnə yarpagını və yumru istiotu əlavə edin.Soğanı kəsib kərə yağında qızardırıq, tomat pastası əlavə edirik. Düyünü ayrıca bişirib soğana əlavə edirik.Pomidorları qabığdan təmizdəyib, sürtkəcdən keçiririk və soğana əlavə edirik. 5 dəqiqə sonra hazır bulyonu əlavə edirik. Əti kəsib əlavə edirik. Göyərtini xırda kəsib əlavə edirik. Tkemali və ya mənim kimi quru alça əlavə edirik. Bütün ədviyyatlatı əlavə edirik. Sonda sarımsağı şorbaya sıxırıq. Qapağı bağlayıb, altını keçirdirik. Şorba biraz qalandan sonra daha dadlı olur.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, kəsib, soğana, sonra, yumru, istiot, pastası, keşniş, tomat, bulyonu, hazır, dəqiqə, qabığdan, bişirib, ayrıca, Düyünü, Pomidorları, Göyərtini, sürtkəcdən
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN