• Balqabaq şorbası resepti

Reseptin məlumatları Baxış sayı: 18 402

Tarix : 15-05-2015, 16:00

Bölmə : Sulu yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6


Tərkibi:
2 dilim balqabaq
2 toyuq filesi
5 st. su
2 damcı limon şirəsi
yarım limonun sedrası
2 x.q. zeytun yağı
1 ç. q. qara istiot
duz

Hazırlanması:
Toyuq döşünü suda bişirin. Əti sudan çıxarıb didin. Yarısını ayırıb bir kənara qoyun, yarısını yenə qazana qaytarın.

Kubik doğranmış balqabağı, limon şirəsi və sedrasını, zeytun yağı, duz-istiotu əlavə edib bişirin. Hazır olanda blenderdən keçirin, ocaqdan götürün.

Boşqablara çəkib üzərinə kənara ayırdığınız didilmiş ət səpin.

Nuş olsun!
Etiketlər: şirəsi, zeytun, bişirin, limon, kənara, əlavə, Hazır, olanda, blenderdən, istiotu, sedrasını, Kubik, doğranmış, balqabağı, keçirin, ocaqdan, didilmiş, səpin, olsun, ayırdığınız
BİZİ İZLƏYİN