• Qozlu və sarımsaqlı ovduq resepti

Reseptin məlumatları Baxış sayı: 14 149

Tarix : 16-01-2016, 22:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xiyar – 4 ədəd
Sarımsaq – 2 diş
Qoz ləpəsi – 200 q
Zeytun yağı – 25 q
Qatıq – 500 q
Limon şirəsi – ½ hissə
Göyərti (şüyüd, nanə, tərxun) – ½ hissə
Su
Qırmızı istiot – 15 q
Duz – 20 q

Hazırlanması:
1. Qatığa su əlavə edilib çalınır.
2. Qoz ləpəsi və sarımsaq həvəngdəstədə döyülür.
3. Xiyarın qabığı soyulur və sürtgəcdən keçirilir.
4. Göyərti xırda doğranılır.
5. Bütün ərzaqlar, limon şirəsi, zeytun yağı və duz çalınmış qatığa əlavə edilib qarışdırılır.
6. Ovduq qədəhlərə tökülür, üzərinə qırmızı istiot əlavə edilib 2 saatlıq soyuducuya yerləşdirilir.

Nuş olsun!
Etiketlər: edilib, əlavə, Göyərti, istiot, şirəsi, hissə, ləpəsi, qarışdırılır, doğranılır, qatığa, çalınmış, ərzaqlar, Bütün, zeytun, limon, qədəhlərə, saatlıq, soyuducuya, yerləşdirilir, qırmızı
BİZİ İZLƏYİN