Tərkibi:120 gr kəpənək makaron
1 kök
1 yaşıl uzun soğan
5 su stəkanı toyuq suyu
1 xörək qaşığı zeytunyağı
duz
Hazırlanması:Kökü təmizləyib kiçik kiçik doğrayın.
Yaşıl soğanı təmizləyib incə incə dilimləyin.
5 stəkan toyuq suyunu qazanda qaynadın.
Kök və yaşıl soğanı əlavə edib yumşalana qədər qaynadın.
Duz səpib makaronu əlavə edin.
Sup qatılaşana qədər qapağı yarı açıq olaraq bişirin.
Üzərinə zeytunyağını töküb qarışdırın və isti olaraq süfrəyə təqdim edin.
Nuş olsun!
Etiketlər: olaraq, toyuq, soğanı, təmizləyib, yaşıl, qaynadın, kiçik, qədər, əlavə, makaronu, yumşalana, səpib, qapağı, qatılaşana, bişirin, təqdim, olsun, süfrəyə, qarışdırın, zeytunyağını