• Polyak üsulu nyokki resepti

Reseptin məlumatları Baxış sayı: 12 170

Tarix : 3-09-2016, 17:00

Bölmə : Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq kartof
2 yumurtanın sarısı
kartof nişastası
duz

Hazırlanması:
sous (göbələkli, yaxud ətli)

Kartofu qaynadın, qaynara düşəndə duz qatın, bişdikdən sonra suyunu süzüb püre hazırlayın.

Ləyənə qoyun. Üzərini hamarlayın. Gözəyarı 4 yerə bölüb bir hissəsini çıxarın. Həmin o hissənin yerinə digər hissələrlə eyni səviyyəyə gələnədək kartof nişastası tökün. Sonra çıxardığınız kartof püresini və əlavə 2 yumurtanın sarısını da ləyənə qaytarıb xəmir yoğurun.

Xəmirdən qoz boyda kündələr tutun, ortasını barmaqla basıb çala açın.

Qaynayan duzlu suya salıb suyun üzünə çıxanadək bişirin. Sonra kəfkirlə çıxarıb düz buluda çala tərəfi yuxarı olmaqla düzün. Üzərinə ət, yaxud göbələk sousu əlavə edin, doğranmış göyərti səpin.

Nuş olsun!
BİZİ İZLƏYİN