• Təndir çörəyi resepti

Reseptin məlumatları Baxış sayı: 35 240

Tarix : 12-06-2016, 20:00

Bölmə : Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
7 qram quru maya (bir paket) (varsa acıtma da istifadə etmək olar)
1 stəkan yarım su (təqribən 75 milli litr). Su ilıq olmalıdır.
Bir çay qaşığı duz
Üç stəkan ağ un (təqribən 450 qram)
Bir ədəd yumurtanın sarısı (çörəyin səthinə sürmək üçün)
Bir çay qaşığı küncüt və ya qara çörək otu

Hazırlanması:
Quru mayanı ilıq suda açırıq. İri bir ləyənə unu ələyin. Un təmiz olsa da, mütləq ələnməlidir. Çünki bu zaman un havalanır. Sonra ələnən una duz əlavə edin və duzla unu qarışdırın. Daha sonra unu təpəcik kimi yığıb, ortasını açın. Buraya mayalı suyu əlavə edin. Sonra əlinizlə qarışdırın. Sonra bu xəmiri təqribən 8 və ya 10 dəqiqə yoğurun. Xəmir hazır olduqdan sonra, elastiki olmalıdır və üzəri də hamar olmalıdır. Təndir çörəyi xəmiri çox bərk olmamalıdır.

Xəmir hazır olduqdan sonra xəmirin üzərini təmiz dəsmalla örtün və isti biryerdə gözlədin. Bu zaman xəmir dincəlib mayalanacaq. Şişəcək. Bu, təribən 1,5-2 saat müddətində baş verir.

Bundan sonra xəmir kündə halına gətirilir. Kündələr də biraz dincəlib “Kündə düşdüktən” sonra, çörək formasında açılır.

Açılmış xəmirin üzərinə yumurtanın sarısı sürülür. Yumurta sarısı yoxdursa, təmiz su da sürmək olar. Bundan sonra istəyə görə çörəkotu və ya küncüt də vurmaq olar.

Bundan sonra çörək əvvəlcədən isidilib dibində köz düşmüş təndirin yan divarlarına yapılır.

Nuş olsun!
Etiketlər: sonra, sarısı, təqribən, olmalıdır, Sonra, təmiz, çörək, Bundan, əlavə, zaman, qarışdırın, xəmiri, dincəlib, xəmir, xəmirin, olduqdan, Xəmir, hazır, küncüt, qaşığı
BİZİ İZLƏYİN