• Şor qoğal resepti

Reseptin məlumatları Baxış sayı: 325 839

Tarix : 12-03-2018, 09:30

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 10-12


Tərkibi:
1 kq un,
2 yumurta,
1\2 çay qaşığı sarıkök,
1 çay qaşığı dolu duz,
2 stəkan süd,
1 çay qaşığı quru maya,

İçlik üçün:
2 stəkan un,
1 çay qaşığı duz,
10-11 xörək qaşığı ərimiş kərə yağ ,
1\4 çay qaşığı istiot,
2 çay qaşığı cirə,
2 çay qaşığı razyana,
1\3 çay qaşığı sarıkök,

Yağlamaq üçün:
400-450 q kərə yağı,

Üzü üçün:
1 yumurta,
Xaş-xaş

Hazırlanması:
Şor qoğal xəmirini hazırlamaq üçün stəkana maya töküb ilıq süddə qarışdırın. Südlə maya 5-10 dəqiqə qalıb köpüklənir.
Südü ilıq qızdırın.
İçərisinə sarıkök qatın.
Bir qaba un ələyin.
Unun ortasını açın.
Yumurtanı sındırın, duzu səpin, maya və sarıköklü südü də əlavə edin.
Şor qoğal xəmirini qarışdırıb həll olana qədər yoğurun.
Şor qoğal xəmir yumşaq olur.
Xəmirin üzərinə selefon çəkib dəsmal qoyub üstünü örtürük ki acısın.
İndi də şor qoğal içini hazırlayaq.
Unu tavaya töküb ocağın üzərində qızılı rəng alana qədər qovurun.
Un qovrulub qızılı rən aldıqdan sonra başqa qaba tökün. Un soyuyandan sonra duz, istiot, sarıkök, razyana, cirə töküb qarışdırın.
Sonra bu unlu, ədviyyatlı qarışığa yağı əlavə edib qarışdırın.
Artıq şorq qoğalın içi hazırdır.

Şor qoğal xəmirinin hazırlanlası:
Xəmiri hazırlayın.
Xəmir hazır olduqdan sonra acımması üçün gözləmək lazımdır. Şor qoğal xəmiri təqribən 2 saata acıyır.
Yuxaları yağlamaq üçün yağı əridin.
Üzərinə çəkmək üçün yumurtaları bir qabda sındırın.
Acıyan xəmir artıq kündələnməyə hazır haldadır.
Xəmirdən 15-16 kündə düzəldin.
Hazırladığımız kündə də 5 dəqiqə qalıb özünə gəlməlidir.
5 dəqiqə gözləyən kündələri nazik yuxa yayın halına gətirin
Yaydığınız yuxaları əllə bir az dartıb böyüdün.
Bütün yuxalar yayıldıqdan sonra kəsib hazırlayın.
Kəsikləri rulon kimi bükün.
Ortasını açıb içərisinə iç qoyub ağzını bükün.
Azca əlimizlə yayıb qurumasın deyə üzərini nəm bezlə örtün.
Hazır şor qoğal əlimizlə bir az yastılayıb üzərinə xaş-xaş, qara çörəkotu və yumurta sarısı çəkirik.
220 dərəcə qızdırılmış fırında üzəri qızarana qədər bişirin.
Şor qoğal novruz xonçasında səməninin, şəkərburanın, şəkərçörəyinin, paxlavanın yanında mütləq olur.

Nuş olsun!
Etiketlər: qoğal, qaşığı, sonra, sarıkök, qarışdırın, qədər, yumurta, töküb, dəqiqə, qalıb, əlavə, sındırın, xəmir, qızılı, hazırlayın, hazır, kündə, bükün, qoyub, üzərinə
BİZİ İZLƏYİN