• Ürək formalı kökə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 47749

Tarix : 15.08.2016, 12:00

Bölmə : Peçenye reseptləri, Xəmir işləri, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
1 stəkan süd
½ stəkan zeytun yağı
2 x.q.şəkər
½ ç. q. duz
2 ç.q. quru aktiv maya
2 ç.q. qabartma tozu
500-600 qr. buğda unu
50 qr kərə yağı
Üstünə səpmək üçün şəkər tozu
1 yumurta sarısı

Hazırlanması:
Süd və yağı qızdırın. Xəmir yoğurmaq üçün ayırdığınız qabda mayanı şəkərlə tozu ilə qarışdırın və əridilmiş ilıq yağ-süd qatışığına əlavə edin.
Duz və qabartma tozunu tökün. Tədricən unu həmin qaba ələyin və fasilə vermədən xəmiri yaxşı-yaxşı yoğurun. Xəmir zərif və yumşaq olmalıdır, qətiyyən bərk alınmamalıdır, çünki xəmir mümkün qədər havalı, köpüşmüş olmalıdır, bərk olduqda isə yumşaqlıq və yüngüllüyünü itirir.
İndi isə içində xəmir olan qabı isti su ilə dolu olan başqa bir tasın içinə qoyun və təmiz, quru çay dəsmalı ilə üstünü örtün. 45-60 dəqiqə onu tamamilə unudun ki, acısın, həcmi artsın.
Gəlmiş xəmiri 12 bərabər hissəyə bölün, onlarda balaca kündələr hazırlayın və 5-10 dəqiqə yenə üstünü çay dəsmalı ilə örtərək özünü tutmağa qoyun.

Ürək formalı kökə resepti - FOTO RESEPT

Hər bir kündəni kökə kimi yastılayın. Fırça vasitəsilə üstünə kərə yağı çəkin və şəkər tozu səpin.
P.S. Üstünə yağ çəkilmiş yastı bulkaların üzərinə həmçinin quru xaş-xaş, darçın və ya kişmiş də səpmək olar.
Kökəni rulet kimi dolayın, şəkərli tərəfi içəriyə düşsün.

Ürək formalı kökə resepti - FOTO RESEPT

Ruleti ortada qatlayın və yüngülcə üstündən basıb yastılayın. Mətbəx bıçağı ilə ruletin bütöv tərəfini çərtin, alınmış iki hissəni bir-birindən aralayın və çiy bulkanı ürək formasına salın.
Digər kündələri də belə edin.

Ürək formalı kökə resepti - FOTO RESEPT

Bulkaları üzərinə perqament kağızı çəkilmiş tavaya düzün və 10 dəqiqəliyə özünü tutmağa qoyun. Özlərini tutduqdan sonra üzərinə yumurta sarısı və 2-3 damcı süd qarışdırılmış məhlul sürtün. 180 dərəcə istilikdə qızılı-qırmızı rəng alana kimi bişirin.

Ürək formalı kökə resepti - FOTO RESEPT

Bulkaları süfrəyə həm Karlsonvarı, isti kakao ilə, həm də süd ilə, ya da şirin limonlu çayla vermək olar. Bunu artıq öz zövqünüzə görə yox, balaca balanızın istəyinə uyğun edin!

Ürək formalı kökə resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qoyun, üzərinə, şəkər, dəsmalı, yaxşı, xəmir, olmalıdır, üstünü, balaca, çəkilmiş, Bulkaları, yastılayın, özünü, xəmiri, dəqiqə, tutmağa, səpmək, Xəmir, yumurta, sarısı
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN