• İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 669

Tarix : 5-01-2017, 12:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban

Tərkibi:
xəmir üçün:
yarım stakan süd
yarım stakandan bir barmaq az qaynar su
1 ədət portağal
2yemək qaşığı yumuşaq kərə yağı
4yemək qaşığı duru yağ (rəfinə edilmiş olmalı,yəni qoxusuz)
1yumurtanın sarısı (ağı içliyə qoyulacak)
450qr un
3yemək qaşığı şəkər tozu
yarım çay qaşığı duz
2çay qaşığı quru maya

içlik üçün:
100qr badəm(təxmini 2 ovuc)
3yemək qaşığı şəkər kirşanı
1yumurtanın ağı
1ədət vanilin
üstünə sürmək üçün 1ədət yumurta və 1yemək qaşığı süd

Hazırlanması:
İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İlk öncə mayanı "oyandırmaq" lazımdır.Bunun üçün stakana süd və qaynar suyu tökmək.İlıqdan bir az isti olmalıdır (çox qaynar və çox soyuq suda maya acımayacakdır).Şəkər tozunu və mayanı əlavə edib,qarışdırmak.Qoyuruq bir kənara (ocağın qırağına qoymaq məsləhətdi) ki,maya acısın.

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Bilməyənlər üçün qörsədirəm : acımış maya bax bu halda olmalıdır,köpük-köpük.

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Zamanı itirmirik və portağalın suyunu çəkirik (təxmini yarım portağalın suyu lazımdır)

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Dərin bir qaba un ələmək,duzunu vurmaq və unun ortasında bir çuxur açmaq.Oraya yumuşaq kərə yağını,yumurta sarısını,şəkər tozunu,yarım stakan portağal suyunu,duru yağını və mayanı (maya artıq acımış olmalıdır) qoymaq.

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Və başalayırıq yoğurmağa.Kökənin xəmiri əsla və əsla sərt olmaMAlıdır,tam əksinə yup-yumuşaq bir xəmir əldə etməlisizLazım olarsa,bir az da ilıq su ya süd əlavə edə bilərsiz.Hazır xəmirin üzərini təmiz bezlə örtüb,qoyuruk mayalanmağa.Mayalanmış xəmir həcmdə 2 dəfə artmalıdır.

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Qoy xəmir özü üçün mayalansın, indi isə içlik hazırlamaQ lazımdır.
Qabığı təmizlənmiş badəmləri çox xırda parçalamaq.Bunu ət maşınında edə bilərsiz,yaxud parçalayıcı cihazda.Badəmə şəkər kirşanı,vanil əlavə etmək və qarışdırmaq.

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Yumurtanın ağını çəngəl ilə bir az çalmax və badəmə qatmaq.Bunları qarışdırmaq.İçlik üçün badəm əzməsi hazırdır.Yayılan,orta qatılıxda,nə çox duru,nə də çox qatı məhlul əldə etməlisiz.

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Mayalanmış xəmiri kündələrə bölmək.Hər kündəni əlimizlə nazik yastılamaq və badəm əzməsindən 1yemək qaşığı qoyaraq,onu xəmirin hər tərəfinə yaymaq.Sonra xəmiri boru şəklində bükmək,barmaklarımızın ücü ilə bükmənin hər iki tərəf ucuna yavaş basdıraraq sağa sola fırlatmak,bir az da bükməni uzadarak.Bükmənin üclarını möhkəm birləşdirmək.
Daha aydın olsun diyə videoya baxa bilərsiniz

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Kökələri soba qabına yığmaq və üstünü təmiz bez ilə örtərək 20dəqiqə saxlamaq(mənim zamanım yox idi,gözləmədim).Kökələr həcmdə artacak və pambıq kimi olacak.Sonra kökələrin üstünə süd ilə çırpılmış yumurta sürtmək və əvvəlcədən 180dərəcəyə qədər isidilmiş sobada üstü qızaranadək bişirmək.

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

İçi badəm əzməli portağallı kökə resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: qaşığı, yarım, xəmir, şəkər, olmalıdır, lazımdır, mayanı, badəm, yumurta, xəmiri, əlavə, yumuşaq, qaynar, Sonra, portağalın, suyunu, Mayalanmış, üstünə, yağını, təmiz
BİZİ İZLƏYİN