• Boranılı kökə resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 26 593

Tarix : 13-09-2014, 11:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

25 q maya
2 st. süd
2 x.q. şəkər tozu
1 yumurta
600 q un
100 q yağ

İç üçün:
300 q boranı
2-3 yerkökü
3 x.q. şəkər tozu
50 q yağ

Hazırlanması:
Mayanı isti süddə əridin, şəkər tozu, yağ və yumurta əlavə edib qarışdırın, un əlavə edin, yoğurun. İsti yerə qoyun. Bir az gələndən sonra ətləyib yenə isti yerə qoyun. Tam gələndə kündələyin.

İç hazırlamaq üçün boranını kubik doğrayın, yerkökünü sürtgəcdən keçirin, şəkər tozu və yağ əlavə edib ağzıbağlı tavada yumşalanadək bişirin. Qarışdırın, lazım gələrsə, əzin.

Sonra kündələrin içinə iç qoyub kənarlarını yaxşıca bərkidin ki, bişəndə ayrılmasın.

Siniyə düzüb üzərinə çalınmış yumurta çəkin.

185 dərəcə qızdırılmış sobada qızarınca bişirin. Bişəndən sonra bir ləyənə yığıb üzərinə təmiz nəm dəsmal çəkin.
Boranılı kökə resepti - FOTO RESEPT

Boranılı kökə resepti - FOTO RESEPT

Boranılı kökə resepti - FOTO RESEPT

Boranılı kökə resepti - FOTO RESEPT

Boranılı kökə resepti - FOTO RESEPT

Boranılı kökə resepti - FOTO RESEPT

Boranılı kökə resepti - FOTO RESEPT

Boranılı kökə resepti - FOTO RESEPT

Boranılı kökə resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, yumurta, qoyun, çəkin, üzərinə, bişirin, sonra, yaxşıca, bərkidin, bişəndə, ayrılmasın, kənarlarını, qoyub, Sonra, olsun, kündələrin, içinə, Siniyə, düzüb
BİZİ İZLƏYİN