• Şor qoğal resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 444

Tarix : 11-10-2015, 12:00

Bölmə : Xəmir işləri / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri üçün:
1,5 kq un
2 ədəd yumurta sarısı
200 qr xama
100 qr ərinmiş kərə yağı
0,5 lt süd
2 x/q maya
bir çimdik sarıkök
1 ç/q duz

İçlik üçün:
200 qr ərinmiş kərə yağı
2 st un
duz
istiot
razyanə
cirə

Qeyd: xəmiri yağlamaq üçün əlavə olaraq 500 qr ərinmiş kərə yağı istifadə olunacaq.

Hazırlanması:
1. Böyük bir qaba un ələnir.
2. Üzərinə yumurta sarıları, xama, sarıkök, duz, suda həll olmuş maya əlavə olunur.
3. Qazanda 100 qr yağla süd qarışdırılır (yağ və süd ilıq olmalıdır) və una əlavə olunub xəmir yoğrulur.
4. Alınmış xəmiri 2 saat isti yerdə saxlayırıq ki acısın.
5. Xəmir acıyana kimi içlik hazırlanır.
6. Razyanə və cirə tavada biraz qovrulur sonra üyüdülür.
7. 200 qr yağ tavada əridilir və üzərinə un əlavə olunub biraz qovulur.
8. Qovurduqdan sonra tava kənara qoyulur, üyüdülmüş ədviyyatlar, duz (zövqə görə) əlavə olunur və yaxşı qarışdırılır.
9. Xəmirin aralarını yağlamaq üçün 500 qr kərər yağı əridilir.
10. 2 saat sonra xəmir götürülür. 25 hissəyı bölünüb kündələr hazırlanır.
11. Alınmış kündələr oxlov köməyi ilə açılır.
12. Yumru yekə taxta götürülür. Üstü ərinmiş yağla yağlanır (yağ ilıq olmalı) və açılmış xəmirdən qoyulur.
13. Açılmış xəmiri əlimizlə dartıb genişləndiririk və bütün kündələr də eyni ilə belə açıb, yağlayıb qat-qat yığılırıq. Ən son acılan xəmirin də üstü yağlanmalıdır.
14. Yağlayıb qurtardıqdan sonra 30 dəqiqə yağlanmış xəmiri saxlayırıq ki özünü tutsun.
15. Sonra xəmiri şəkildəki kimi kvadrat formasında doğrayırıq.
16. Alınmış hər kvadratın içinə içlik qoyub kündələr edirik.
17. Alınmış kündələrin ustundın əlimizlə basıb yastıladırıq.
18. Üzərinə yumurta sarısı və xaş-xaş vurulur.
19. Əvvəlcədən isidilmiş sobada 200 dərəcədə üstü qızarana kimi bişirilir.

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT

Şor qoğal resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: xəmiri, əlavə, Alınmış, sonra, ərinmiş, kündələr, yumurta, ərzaqlar, olunub, götürülür, qarışdırılır, olunur, yağla, əlimizlə, içlik, qoyulur, əridilir, biraz, Üzərinə, hazırlanır
BİZİ İZLƏYİN