• Şəkərbura resepti - Video resept

Reseptin məlumatları Baxış sayı: 24 189

Tarix : 12-03-2018, 22:30

Bölmə : Peçenye reseptləri / Xəmir işləri / Video reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 10-12


Tərkibi:
1 kq un,
3 yumurta,
250 q kərə yağı,
1 stəkan süd,
2 xörək qaşığı xama,
1\2 çay qaşığı quru maya,
500q qabığı təmizlənmiş fındıq ləpəsi,
500 q şəkər tozu,
1\4 çay qaşığı hil,

Hazırlanması:
Şəkərbura xəmirini hazırlayın
Südü qaba töküb ilıq qızdırın.
Yağı əridin.
Mayanı ilıq süddə qarışdırınvə 5-10 dəqiqə qalıb köpüklənir.
Unun ortasını hovuz kimi açın və ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edin.
Normal xəmir yoğurun.
Xəmirin üzərinə nəm bez örtün və isti bükün.
1 saat acımağa qoyun.

Şəkərbura içliyini hazırlayın
Fındığı tavada qovurun.
Qabığını təmizləyin.
Sonra sürtgəcli maşından keçirdin.
Çəkilmiş fındıq içini hil və şəkər tozu ilə qatın.
Xəmir acıyacaq.
Xəmirdən qozdan böyük 10 ədəd kündə düzəldin.
Xəmirin hamısını kündələməyin.
Hissə-hissə kündələyin.
8-10 kündə hazırlayın, onu düzəldəndən sonra yenidən kündələyin.
Bu şəkildə xəmir bitənə qədər şəkərburanı düzəltməyə davam edin.
Kündələrin birini götürüb 10 sm diametrində yayın.
Sonra yayılan kündəni əlinizə götürün və içinə 2 çay qaşığı iç qoyun.
Ancaq çalışın şəkər tozu uc hissələreə dağılmasın.
Dağılsa uclar pis yapışar.
Yanlarını uc-uca birləşdirin.
Bükün.
Bəzən yuxarıdan aşağı, bəzən də aşağıdan yuxarı bükə bilərsiniz.
Maqqaş vasitəsi ilə üzərinə naxış vurun.
Bir-birindən bir az aralı düzün.
Bütün şəkərburaları bükəndən sonra bişirməyə hazırlayaq.
Şəkərburanı əvvəlcədən 170-180 dərəcə qızdırılmış fırında 20-25 dəqiqə bişirin.
Hazır şəkərburaları sərin yerdə saxlayın.
Soyuq yer də olmaz.
Şəkərburanın üstünu örtməyin.
Açıq qoyun ki naxışlar qurusun.
Bişirərkən şəkərburanın üzü qızarmamalıdır.
Bişmiş şəkərburaları düz qaba yan-yana yığın.
Tam soyuduqdan sonra qazana yığın.



Nuş olsun!
Etiketlər: qaşığı, Şəkərbura, hazırlayın, qoyun, şəkərburaları, sonra, xəmir, kündələyin, şəkər, dəqiqə, kündə, üzərinə, Xəmirin, yığın, fındıq, Sonra, Maqqaş, Bəzən, vasitəsi, Bükün
BİZİ İZLƏYİN