• Hil və limonlu şirin çörəklər (bulkalar) resepti

Reseptin məlumatları Baxış sayı: 10872

Tarix : 17.10.2015, 21:00

Bölmə : Şirniyyatlar » Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmiri Üçün:
1 paket (2 + 1/4 çay qaşığı) quru maya
1/4 stəkan ilıq su
1/2 stəkan xama (smetan)
1/3 stəkan şəkər tozu
1/4 stəkan kərə yağı – əridib soyudun
1 çay qaşığı vanil ekstraktı (və ya bir çimdik vanilin)
3/4 çay qaşığı duz
1 ədəd iri yumurta – yüngülvari çalın
2 + 1/3 stəkan ağ un (təxminən 300 g)

İçi Üçün:
İstədiyinizi seçin
Variant 1
1/2 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)
1 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı (xırda xırda olsun)
3/4 çay qaşığı hil (toz kimi)
2 xörək qaşığı kərə yağı – əridin
Variant 2
1/2 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)
1 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı (xırda xırda olsun)
3/4 çay qaşığı hil (toz kimi)
1/2 stəkan maşından keçirilmiş qoz və ya badam
2 xörək qaşığı kərə yağı – əridin

Üstü Üçün:
1 stəkan şəkər kirşanı (pudrası)
3 xörək qaşığı təzə sıxılmış limon suyu

Hazırlanması:
1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı suda həll edin. Qoyun 5 dəqiqə kənarda qalsın.
2. Xama və digər 5 ərzaqı (un əlavə etməyin) iri bir qaba qoyun və yaxşı qarışdırın. Üstünə mayalı suyu əlavə edin və qarışdırın. Sonra isə unu əlavə edib xəmir yoğurun.
3. Xımiri bir az unlanmış masanın üstünə qoyun. Elastik olana qədər yoğurun (təxminən 8 dəqiqə).
4. Xəmirin iri qaba qoyub üstünü örtün. Qoyun isti yerdə gəlsin. Bu müddət ərzində xəmir ikiqat şişməlidir.
5. İçi hazırlayın. Yağdan basqa bütün ərzaqları bir qabda qarışdırın. Xəmiri iki yerə bölün və kündələyin. Birinci kündəni oxlovla 30 X 25 cm ölçülərində dördbucaq şəklində açın. Üstünə 1 x. qaşığı yağ sürtün. Sonra için yarısını üstünə səpin. Xəmiri yavaşca rulet kimi bükün. Sonra bu ruleti 12 yerə bölün – hər tikə 2.5 cm uzunluğunda olmalıdır. O biri kündəni də eyniylə birinci kündə kimi açın, içini yağlayıb doldurun, bükün və kəsin. Alınan çörəkləri təxminən 33 x 22 cm ölçüləri olan yağlanmış formaya düzün. Üstünü dəsmalla örtün və 30 dəqiqəlik kənara qoyun ki, çörəklər gəlsin.
6. Sobanı 180C dərəcəyədək qızdırın.
7. Çörəklərin üstünü açın. Sobada üstü bir az qızaranadək, yəni təxminən 25 dəqiqə bişirin. Sobadan çıxardıb formada 5 dəqiqə soyudun.
8. Şəkər kirşanı və limon suyunu yaxşıca qarışdırın. Qaşıqla isti bulkaların üstünə gəzdirin.

Nuş olsun!

Etiketlər: qaşığı, stəkan, şəkər, xörək, dəqiqə, təxminən, xırda, limon, qarışdırın, üstünə, keçirilmiş, qoyun, əlavə, Sonra, Xəmiri, mixəyi, Variant, rəngdə, tozundan, istifadə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica