• Şəkərbura resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 21 320

Tarix : 12-03-2018, 21:30

Bölmə : Peçenye reseptləri / Xəmir işləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
1 kq un
3 ədəd yumurta sarısı
700 qr ərinmiş kərə yağı
200 qr xama
1,5 stəkan süd
1 ç/q maya
Duz

İçlik üçün:
0,5 kq badam (qoz və ya badam)
0,5 kq şəkər tozu

Hazırlanması:
1. İçliyi yaxşı olar ki 2 gün əvvəldən hazırlayasınız. İlk öncə qazanda su qaynadılır. Badamların bir hissəsi qazana tökülür. 1 dəqiqə sonra çıxardılır qabığları təmizlənir. Eyni ilə bu qaydada bütün badamların qabığını təmizləyirik.
2. Təmizlənmiş badamları səririk dəsmalın üstünə ki qurusun və 1 gün quruduruq.
3. Badamlar qurduqdan sonra ləpə çəkən maşında çəkirik, hil, şəkər tozu əlavə edib qarışdırırıq.
4. Un ələnir. Üzərinə ymurta sarısı, maya, 1 çimdik duz xama əlavə olunur.
5. Qabda əridilmiş kərə yağı ilə süd qarışdırılır (hər ikisi ilıq olmalıdı).
6. Unun üzərinə yağlı süd əlavə olunub yumuşaq xəmir yoğrulur (xəmiri acımağa qoymuruq).
7. Alınmış xəmirdən balaca kündələr hazırlayırıq və oxlov köməyi ilə diametri 12 sm olan dairələr açırıq.
8. Xəmirin ortasına içlikdən qoyub qırağlarını dalğavarı bükürük.
9. Üstünə maqqaşla istədiyimiz kimi naxış vururuq.
10. Alınmış şəkərburaları sobanın tavasına düzürük.
11. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada altı qızarana kimi bişirilir (sobanın aşağı hissəsində bişirilir). Üstü qızarmamalıdı.

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT

Şəkərbura resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: ərzaqlar, əlavə, badam, şəkər, Alınmış, sobanın, lazım, sarısı, bişirilir, sonra, balaca, xəmirdən, dairələr, kündələr, diametri, qoymuruq, hazırlayırıq, köməyi, oxlov
BİZİ İZLƏYİN