• Qat-qat çörək resepti

Reseptin məlumatları Baxış sayı: 55 022

Tarix : 26-05-2014, 12:23

Bölmə : Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q un
160 ml su
3/4 ç.q. quru maya
1 ç.q. duz
1 ç.q. şəkər tozu
3 x.q. zeytun yağı

Hazırlanması:
50 q un, 40 ml ilıq su və quru mayanı qarışdırıb barata qoyun.

Unun qalanına şəkər tozu, duz qarışdırın. Gəlmiş barata, su əlavə edib elastik xəmir yoğurun.

Xəmiri 20 dəqiqə isti yerdə saxlayın.

Dördbucaqlı yayın. Azca yağ vurun. Xəmirin kənarlarını ortaya doğru üst-üstə qatlayın. Sonra alınan bu ensiz dördbucaqlının da uzun tərəflərindən (1/3 hissə olmaqla) üst-üstə qatlayın.

Bir daha nazik yayın. Zeytun yağını çəkin. Rulet kimi bükün.

Siniyə perqament döşəyin. Ruleti üstünə qoyun. Üzərinə yenə zeytun yağı çəkin. Üstünü örtüb 25 dəqiqə saxlayın.

200 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.

Sonra şəbəkənin üstündə soyudun.

Nuş olsun!
Etiketlər: dəqiqə, qoyun, saxlayın, yayın, çəkin, qatlayın, barata, Sonra, zeytun, şəkər, Siniyə, perqament, Ruleti, döşəyin, bükün, Rulet, nazik, Zeytun, yağını, Xəmir
BİZİ İZLƏYİN