• Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 24 152

Tarix : 24-08-2014, 14:00

Bölmə : Toyuq yeməkləri / Xəmir işləri / Foto reseptlər

Mətbəx : Asiya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Rqaifi şərti olaraq blinçik adlandırırlar. Yəni napnazik blinçiklərdən hazırlanmış kökəyə bənzəyir. Rqaifin içinə ət və ya pendir, yaxud da şirin badamlı, ballı iç qoyurlar.

Tərkibi:
Xəmir:

500 q un
15 q yaş maya (yaxud 5 q quru)
1 ç.q. duz
250-300 ml isti su
50 q ərinmiş kərə yağı
50 ml zeyğun yağı

İç:
300 q toyuq qiyməsi
2 orta boy soğan
2-3 diş sarımsaq
2-3 ç.q. qırmızı istiot (paprika)
2 ç.q. zirə
2 ç.q. keşniş toxumu
1 balaca dəstə keşniş (yaxud cəfəri)
zeytun yağı
duz
istiot

Hazırlanması:
250 ml isti suyu dərin ləyənə tökün, içində mayanı əridin. Sonra duz tökün, unu ələyin. Yumşaq, ələ yapışmayan xəmir yoğurun. Xəmiri 16-20 yerə bölün, kündələyin. Üstünə dəsmal sərin, isti yerdə 30-40 dəqiqə saxlayın. Bu müddətdə içi hazırlayın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Soğanı iri kubik doğrayın, sarımsağı xırdalayın. Zeytun yağında soğanı qovurun, sarımsağı, həvəngdəstədə əzilmiş ədviyyatı əlavə edin. Qiyməni əlavə edin, çəngəllə əzin, qarışdırın. 5-7 dəqiqə bişirin, duz, istiot vurun, xırda doğranmış göyərti səpin. Ocaqdan götürün, soyudun.

İçi 8-10 hissəyə bölün (kündələrin sayının yarısı qədər).
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Sobanı 200 dərəcəyədək qızdırın. Bir kasada bitki və kərə yağını qarışdırın. Kündənin birini əlinizə götürün. Həmin yağa tamamilə batırın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Taxtanın üstünə qoyun, əlinizlə, barmaqlarınızla çox nazik blinçik halına gəlincə yastılayın. Üstü quruyarsa, barmaqlarınızı yağa batırın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Blinçikin ortasına iç qoyun.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Əvvəlcə xəmirin sol, sonra sağ tərəfini qatlayın. Barmaqlarınızı yağa batırın, xəmiri yağlayın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Sonra alt və üst tərəfləri, qatlarda qalan havanı çıxarmaq şərtilə üstə qatlayın. Əlinizlə kökənin üstünə azca basın. "Tikiş"i alt tərəfdə olmaqla çevirin. Bir kənara qoyun.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Daha bir kündəni yağa batırın, əlinizlə yastılayıb blinçik kimi yayın. Birinci içli blinçiki götürüb bu blinçikin ortasına qoyun ("tikiş" aşağı olmaqla). Birinci dəfədə olduğu kimi qatlayın: sol, sağ, alt, üst.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Birinci rqaif hazırdır.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Qalan kündələrdən də belə üsulla rqaiflər hazırlayın.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Hazır kökələri yağlanmış tavaya "tikişi" üzü aşağı olmaqla düzün. Yağın qalanını kökələrin üzərinə çəkin. 5-7 dəqiqə saxlayın. Sonra azca əlinizlə yastılayın. Sobada 35-40 dəqiqə, üstü qızaranadək bişirin.
Rqaif - qat-qat blinçiklər resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: batırın, dəqiqə, qoyun, olmaqla, əlinizlə, qatlayın, Sonra, yaxud, blinçik, istiot, Birinci, keşniş, aşağı, ortasına, tökün, bölün, saxlayın, hazırlayın, əlavə, sarımsağı
BİZİ İZLƏYİN