• Badamlı desert resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 411

Tarix : 1-03-2016, 17:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

4 yumurta
0,5 st. şəkər tozu
limon sedrası (yonulmuş qabığı)
1 st. un

Sirop üçün:
0,5 st. su
0,5 st. şəkər tozu
20-30 ml skotç (konyak da olar)
2 limon

Krem üçün:
3 yumurtanın sarısı
1 x.q. şəkər tozu
1 ç.q. nişasta
darçın
1 st qaymaq
100 q badam

Hazırlanması:
4 yumurta, 0,5 st. şəkər tozu və limon sedrasını mikserlə çalın. 1 stəkan unu ehtiyatla buraya əlavə edin. Xəmiri yağlanıb un səpilmiş siniyə tökün. 200 dərəcə istilikdə yarım saat bişirin.

Korj soyuyana qədr sirop hazırlayın. Yarım stəkan suya yarım stəkan şəkər tozu töküb qarışdırın, azca skotç əlavə edin. Su qaynayıb şəkər tozu əriyəndə iki limonun şirəsini içinə sıxın. Ocaqdan götürüb ehtiyatla korjun üstünə tökün, o, süngər kimi siropu özünə çəkəcək.

Krem üçün 3 yumurtanın sarısını, 1 x.q. şəkər tozunu, 1 ç.q. nişastanı və azca darçını çalın. 1 st. qaymaq əlavə edin. Vam odun üzərinə qoyun. Qarışdıraraq bişirin. Qaynatmayın, yoxsa omlet alınacaq. Süzgəcdən keçirin.

Münasib desert qabının dibinə korjdan kəsdiyiniz hissəni, üstünə isə mövsümi giləmeyvələrdən qoyun. Üzərinə bir neçə qaşıq soyudulmuş krem tökün. Badamı qovurun. Desertin üzərinə bir neçə badam və dondurucuda saxlanmış moruq qoyun.
Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT

Badamlı desert resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, tökün, qoyun, stəkan, əlavə, limon, çalın, badam, yarım, ehtiyatla, bişirin, yumurta, qaymaq, üzərinə, skotç, üstünə, yumurtanın, omlet, alınacaq, keçirin
BİZİ İZLƏYİN