Tərkibi:Xəmir üçün:
1 ədəd yumurta,
100 qr bitki yağı,
2 st. süd,
1 x.q. maya,
1 ç.q. şəkər tozu,
1 çimdik duz
Üzəri üçün:
bibər,
pomidor,
sosiska, kolbasa,
yumurta sarısı
Hazırlanması:Xəmir üçün qeyd olunmuş ərzaqlarla yumşaq xəmir yoğururuq. Xəmiri acıması üçün 2 saat isti yerdə saxlayırıq. Hazır olduqdan sonra kündələrə ayırıb, yağlanmış soba qabına düzürük. 15 dəqiqə daha gözlətdikdən sonra hər bir kündəyə əlimizlə qayıq forması veririk. Üzərinə doğranmış sosiska, kolbasa, bibər və pomidor yerləşdirib, kənarlarına yumurta sarısı çəkirik. Əvvəlcədən qızdırılmış 180 dərəcə istilikli sobada bişiririk.
Nuş olsun!
Etiketlər: yumurta, sosiska, kolbasa, Xəmir, pomidor, sarısı, sonra, bibər, forması, veririk, Üzərinə, qayıq, kündəyə, dəqiqə, gözlətdikdən, doğranmış, əlimizlə, yerləşdirib, istilikli, sobada