• Çudu (sobada ətli peraşki) resepti

Reseptin məlumatları Baxış sayı: 50 789

Tarix : 4-07-2017, 22:00

Bölmə : Duzlu xəmir işləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
1 kq un,
200 qr xama,
100 qr kərə yağı,
3 ədəd yumurta,
1.5 st. süd,
1 x.q. maya,
1 x.q. duz,
1 x.q. şəkər tozu

İçlik üçün:
500 qr qiymə,
soğan,
yağ,
duz, istiot

Üzəri üçün:
yumurta sarısı,
çörəkotu

Hazırlanması:
Əvvəlcə qeyd olunmuş ərzaqlardan xəmir yoğururuq. Acıması üçün xəmiri isti yerdə 1 saat saxlayırıq.

Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün xırda doğranmış soğanı yağda qovururuq. Rəngi dəyişəndə üzərinə qiymə əlavə edib, duz, istiot səpirik və bişiririk.

Xəmir hazır olduqdan sonra 7-7 olmaqla 14 ədəd bərabər ölçülü kündələr tuturuq. 7 ədəd kündəni sıra ilə yayıb, aralarını yağlayaraq üst-üstə yerləşdiririk. 10 sm enində lentlər kəsirik. Hər lenti iki hissəyə bölüb, rulet kimi bükürük. Mərkəzinə içlik yerləşdirib, bağlayırıq. Növbəti 7 kündəni də bu qayda ilə hazırlayırıq. Soba qabına yığıb üzərinə yumurta sarısı çəkərək, çörək otu səpirik. 180 dərəcə istilikli sobada qızarana kimi bişiririk.

Nuş olsun!
Etiketlər: yumurta, sarısı, bişiririk, üzərinə, kündəni, səpirik, Xəmir, istiot, İçlik, qiymə, hissəyə, enində, lentlər, lenti, yerləşdiririk, kəsirik, kündələr, tuturuq, yayıb, bölüb
BİZİ İZLƏYİN