Tərkibi:1 kq gavalı
kəklikotu
1 çimdik duz
zeytun yağı
5-6 diş sarımsaq
Hazırlanması:Sobanı 90-100 dərəcə qızdırın.
Gavalının yuyun, qurudun, uzununa iki yerə bölüb dənəsini çıxarın.
Gavalıları kəsiyi yuxarı olmaq şərtilə perqament döşənmiş siniyə düzün. Üzərinə nazik fal-fal doğranmış sarımsaq, təzə kəklikotu yarpaqları (oreqano, mərzə, rozmarin də götürə bilərsiniz), iri duz səpin. Üzərinə zeytun yağı gəzdirin. Sobada ən azı 5-6 saat bişirin.
Hazır gavalının ləti yumşaq, qabığı bürüşmüş olmalıdır, albuxarı kimi.
Qurudulmuş gavalıları qışa saxlamaq istəyirsinizsə, sterilizə edilmiş bankalara basa-basa yığın. Tayqulpa nazik fal-fal doğranmış sarımsaq, doğranmış çili istiotu, göyərti, bitki yağı töküb qaynara düşənədək bişirin. Sonra bu yağı bankadakı gavalıların üzərinə tökün (ağzınadək, hava qalmasın). Bankanın qapağını bağlayıb, soyuq yerdə saxlayın.
Nuş olsun!
Etiketlər: doğranmış, sarımsaq, bişirin, nazik, kəklikotu, zeytun, Üzərinə, yığın, bankalara, Tayqulpa, istiotu, edilmiş, saxlamaq, albuxarı, olmalıdır, bürüşmüş, Qurudulmuş, gavalıları, istəyirsinizsə, göyərti