• Qarpız limonadı resepti

Reseptin məlumatları Baxış sayı: 3 498

Tarix : 17-05-2017, 20:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 litr qazlı su
Kub şəklində doğranmış qarpız (haradasa 4 stəkan)
Zəncəfil (barmaqucu qədər)
Xiyar dilimləri ( yarım xiyar)
Təzə nanə yarpaqları
Buz
1 x.q şəkər tozu

Hazırlanması:
Həvəngdəstədə zəncəfil və şəkər tozunu döyün. 2 stəkan qarpız dilimini əlavə edib birlikdə sirop halına gələnə qədər qarışdırın. Daha sonra dolçaya (sürahiyə) qarpız və zəncəfil qarışımını (siropunu), qalan qarpız kublarını, xiyar və nanə yarpaqlarını əlavə edin. Soyuducuya qoyun. Süfrəyə verərkən buz əlavə edin.

Nuş olsun!
Etiketlər: qarpız, əlavə, zəncəfil, stəkan, şəkər, xiyar, qədər, sürahiyə, sonra, gələnə, qarışdırın, qarışımını, dolçaya, qalan, qoyun, Süfrəyə, verərkən, Soyuducuya, yarpaqlarını, halına
BİZİ İZLƏYİN