• Az çəkinin gözlənilməz təhlükəsi aşkarlandı

Reseptin məlumatları Baxış sayı: 2 447

Tarix : 18-02-2019, 10:00

Bölmə : Kökəlmə sirləri


Az çəki demensiya riskini artırır. Boston Universitetinin tibb məktəbinin alimləri belə bir nəticəyə gəlib.

Bu barədə elmi məqalə “Journal of Alzheimer’s Disease” jurnalında dərc olunub.

Alimlər bunun üçün ürəyin Freminqem müayinəsinin nəticələrini təhlil edib. Mütəxəssislər xüsusi ilə yaşlı insanların 1979-1983-cü illərdəki həyat tərzini, onların demoqrafik göstəricilərini araşdırıb, kimlərə sonradan demensiya diaqnozunun qoyulduğunu öyrənməyə çalışıb.

Tədqiqat qrupu müəyyən edib ki, 50-60 yaşlarında olan insanlarda bədən çəkisi indeksi (insanın çəkisi ilə boyunun nisbəti) aşağı olduqda, onun demensiyaya tutulma riski əhəmiyyətli dərəcədə artır.

Qeyd edək ki, demensiya ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindromdur.
Etiketlər: demensiya, çəkisi, həyat, dərəcədə, boyunun, insanın, olunan, nisbəti, aşağı, demensiyaya, olduqda, indeksi, patoloji, qrupu, Tədqiqat, sindromdur, müəyyən, yaşlarında, bədən, insanlarda
BİZİ İZLƏYİN