• Evdə açı toz bibərin hazırlanması

Reseptin məlumatları Baxış sayı: 2 095

Tarix : 7-02-2019, 10:00

Bölmə : Məsləhətlər


Evdə acı toz bibərin hazırlanma qaydası:
Acı qırmızı bibərləri yuyub saplarını çıxarın.
Toxumlarını çıxartmadan doğrayın.
İstərsəniz dördə bölün.
Pambıq bir süfrənin üzərinə bibərləri sərin və günəş alan bir eyvanda qurumasını təmin edin.
Soyuducunun rəfinə açıqda sərilən bibərlər də çox rahat quruyur.
Hətta nanə, cəfəri da bu üsulla qurudula bilər.
Olduğunuz yer nəmli deyilsə 1 həftə və ya 10 gün müddətində bibərlər quruyar.
Quru bibərləri qarışdırdığınızda toxumların böyük bir qisimi alta töküləcəkdir.
Yalnız bibərləri alın toxumlar altda qalsın.
Uzun müddət günəşdə gözlədiyi halda, bibərləri əlinizlə bastırdığınızda ufalanmırsa kifayət qədər qurumamışdır.
Bu da havadakı nəmdən qaynaqlana bilər.
Quruyan bibərləri bir paketə qoyub dondurucuya atın və ən az 6 saat gözlədin.
Bu şəkildə bibərlər qupquru olacaqdır.
Dondurucuda çıxardığınız bibərləri heç gözlətmədən, üyüdücüdə çəkin və toz halına gətirin.
İçində iri parçalar qaldısa bir un ələyindən ələyin.
Qalan iri parçaları yenidən çəkin.
Əldə etdiyiniz toz bibəri bir qaba qoyun və soyuducuda saxlayın.
Çünki istilərdə çöldə qalsa çox tez xarab ola bilər.
Bəzi xanımlar toz bibəri bolca yağ və duzla qarışdırıb qablara basır və tomat kimi istifadə edirlər.
Bu heç də düzgün bir metod deyildir

Maraqlananlar üçün:
3 kq təzə bibərdən, 350 qr toz bibər çıxır.
Quru bibərlərin altında qalan toxumları isə ayrıca çəkin.
Bunu da yenə küftəyə, plovlara əlavə etmək olar.
Etiketlər: bibərləri, bibərlər, bilər, çəkin, bibəri, ələyin, saxlayın, ələyindən, qaldısa, Qalan, parçaları, soyuducuda, parçalar, etdiyiniz, yenidən, qoyun, gətirin, şəkildə, qupquru, gözlədin
BİZİ İZLƏYİN