• Limon mürəbbəsi resepti

Reseptin məlumatları Baxış sayı: 2 609

Tarix : 19-11-2020, 12:00

Bölmə : Mürəbbələr - Marmaladlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd limon
2 fincan şəkər tozu
1 fincan su

Hazırlanması:
Limonlar yuyulur, qabığı soyulur. Xırda dilimlərə bölünür, üzərinə şəkər tozu əlavə edilib saxlanılır. Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edilir, 5 dəqiqə sonra suyu süzülür. 3 dəfə təkararlanır. Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin su tökülüb qaynadılır.
Qaynamağa başlayanda xırdalanmış limon qabıqları da əlavə edilir.
Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirilir. Soyuduqdan sonra şüşə qablara yığılıb soyuducuda saxlanılır.

Nuş olsun!
Etiketlər: limon, əlavə, şəkər, sonra, üzərinə, saxlanılır, edilir, fincan, dəqiqə, qaynadılır, tökülüb, sulanan, qarışımının, üstünə, həmin, başlayanda, Soyuduqdan, qablara, yığılıb, soyuducuda
BİZİ İZLƏYİN