• Qozlu ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 41 484

Tarix : 18-10-2014, 21:00

Bölmə : Mürəbbələr - Marmaladlar / Foto reseptlər

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq ağ gilas
1 kq şəkər tozu
istəyə görə - qoz, limon

Hazırlanması:
Gilası yuyub dənəsini çıxarın.
Qozlu ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT


Qozu, yaxud limonu (qabıqlı-qabıqlı) dənə boyda xırdalayın. Gilasların içinə doldurun. Üzərinə şəkər tozu səpin. Xırda limon dilimləri, yaxud 1/4 limon şirəsi, 2-3 x.q. su əlavə edin (şəkər tozu yanmasın deyə). Vam ocağın üzərinə qoyun, qaynara düşəndə 1-2 dəqiqə gözləyib ocağı söndürün. Tam soyudun (təxminən 3-4 saat).
Qozlu ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT

Qozlu ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT

Qozlu ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT

Qozlu ağ gilas mürəbbəsi resepti - FOTO RESEPT


Proseduru 3-4 dəfə təkrar edin (hər dəfə 3-4 saat ara verməklə, səhər bir dəfə, axşam yatmazdan əvvəl ikinci dəfə, səhəri gün ertədən üçüncü dəfə bişirmək də olar). Sonuncu dəfə zəif odda qaynara düşəndən sonra 7-15 dəqiqə qaynadın.

Nuş olsun!
Etiketlər: şəkər, limon, qaynara, qabıqlı, yaxud, dəqiqə, Proseduru, səhər, verməklə, təkrar, söndürün, gözləyib, ocağı, axşam, soyudun, təxminən, ikinci, düşəndən, Sonuncu, sonra
BİZİ İZLƏYİN