• Qozlu və albalılı brauni resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 538

Tarix : 4-12-2015, 16:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6

Tərkibi:
150 qr kərə yağı
150 qr acı şokolad
150 qr şəkər tozu
2 ad toyuq yumurtası
100 qr un
100 qr tumu təmizlənmiş albalı
50 qr qoz və ya pekan (və ya digər ləpə)

Hazırlanması:
1. Ərzaqlar hazırlanır.

2. Bir qazan su qaynadılır və o qazanın üzərinə bir boşqab kubik şəklində doğranmış yağlar qoyulub, suyun buğunda əridilir.

3. Qara şokolad əlavə edilib, yavaş qarışdırılaraq əridiləndən sonra boşqab qazanın üstündən götürülür.

4. Nəticədə həmcins qatı maye alınmalıdır. Ehtiyyatlı olmaq lazımdır ki ona su düşməsin.

5. Şəkər tozu, yumurta və bir çimdik duz qarışdırılır.

6. Alınmış yumurta məhlulu şokoladlı məhlul ilə qarışdırılır.

7. Albalı və qoz əlavə edilir.

8. Azacıq olaraq məhlula un əlavə edilərək qarışdırılır.

9. Forma boşqabı yağlanır, yüngülcə unlanır və xəmirlə doldurulur.

10. Əvvəlcədən 200 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişirilir. Brauninin ortası maye kimi qalmalıdır, formadan çıxarılmadan öncə qurudulmalıdır.

11. Formadan çıxarandan sonra brauninin üzərinə ələkdən keçirdilmiş kakao-toz əlavə edilir.

12. Kubiklər şəklində doğrayıb, albalı və qozla bəzəyə bilərsiniz.

Qozlu və albalılı brauni resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırılır, üzərinə, qazanın, edilir, albalı, sonra, şokolad, yumurta, şəklində, boşqab, Əvvəlcədən, yüngülcə, unlanır, doldurulur, xəmirlə, yağlanır, Forma, məhlul, şokoladlı
BİZİ İZLƏYİN