• Toyuqplov resepti

Reseptin məlumatları Baxış sayı: 20 651

Tarix : 26-09-2016, 17:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mikayıl Qocayev


Tərkibi:
1 toyuq
1 kq uzun düyüs (basmati)
2 iri baş soğan
150 q kişmiş
2 ovuc nar dənəsi (yaxud 1 ovuc isti suda isladılmış zoğal və ya gavalı qurusu)
150 q şabalıd
duz
istiot
darçın

Hazırlanması:
Düyünü 2 dəfə isti suda yuyun, azca duzlu suda islağa qoyun.

Toyuğu bütöv bişirin. Bulyondan çıxarın, üstünə duz, istiot səpin.
Baş soğanı bir qədər iri, halqa-halqa doğrayın, yağda qızardın. İçinə kişmiş, nar dənəsi və yaxud isti suda isladılmış zoğal və ya gavalı qurusu, suda bişirilib qabığı təmizlənmiş şabalıd tökün. Bir az toyuq bulyonu, darçın, istiot, duz əlavə edin, 5-10 dəqiqə vam odda qaynadın. Hazır olandan sonra bir hissəsini toyuğun içinə, bir hissəsini isə qazanda düyünün altına döşəmək üçün saxlayın.

Düyünü qaynayan duzlu suya tökün. Süzün. Qazanın dibini yağlayıb qazmaq döşəyin, toyuğu qoyun, ətrafına hazırladığınız xuruşdan döşəyin (kişmiş, nar, şabalıd, soğan), düyünü üstünə töküb yağlayın, dəmə qoyun.

Bunun plovu buluda yığılır, soğanlı-xuruşlu düyüsü dərin nimçələrə çəkilir, toyuq doğranıb ayrı buludda verilir. Zövqə görə bir iri buludda da süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şabalıd, qoyun, kişmiş, istiot, toyuq, halqa, duzlu, Düyünü, soğan, buludda, üstünə, döşəyin, hissəsini, darçın, tökün, isladılmış, yaxud, dənəsi, gavalı, zoğal
BİZİ İZLƏYİN