• Ətli və yumurtalı ispanaq yeməyi (kükü) resepti

Reseptin məlumatları Baxış sayı: 5 907

Tarix : 1-09-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd soğan
4 dəstə ispanaq
1 ovuc gicitkən
200 qr ət
5 ədəd yumurta
duz, istiot
yağ

Sous:
qatıq
1 ədəd yaşıl sarımsaq

Hazırlanması:
Əvvəlcə əti ət maşınından keçirib, suda bişiririk. Uzunsov doğranmış soğanı yağda qızardırıq və üzərinə bişmiş ət, doğranmış göyərtilər əlavə edib, bişirməyə davam edirik. Sonda yumurta və duz, istiot töküb, biraz daha bişiririk.
Yeməyi sarımsaqlı qatıq sous ilə birlikdə süfrəyə verə bilərik.

Nuş olsun!
Etiketlər: qatıq, doğranmış, bişiririk, yumurta, istiot, edirik, göyərtilər, əlavə, davam, bişirməyə, Sonda, biraz, süfrəyə, bilərik, birlikdə, sarımsaqlı, bişmiş, Yeməyi, töküb, yağda
BİZİ İZLƏYİN