• Göbələkli ətli souslu spagetti resepti

Reseptin məlumatları Baxış sayı: 6 042

Tarix : 10-11-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Makaron yeməkləri / Tərəvəz yeməkləri / Souslar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 paçka spagetti makaronu
0,5 kq çəkilmiş mal əti
10 ədəd göbələk
1 baş soğan
1 bolqar bibər
1 x.q. tomat pastası
zeytun yağı
Parmeza pendiri üstə səpmək üçün
duz, istiot, kekik otu, cirə

Hazırlanması:
Baş soğanı xırda kəsib zeytun yağında qızardırıq 3-5 dəq. Göbələkləri 4 yerə bölüb əlavə edirik soğana. Bolqar bibəri xırda kub kəsib əlavə edirik. Çəkilmiş əti əlavə edirik və 10 dəq. qızardırıq. Əti taxta qaşıqla yaxşı ayırın ki, böyük tikələr qalmasın. Tomat pastasıni 3 x.q. suda qarışdırıb qatırıq və 15-20 dəq. bişiririk. Duz, istiot, kekik otu, cirə əlavə edirik. Sous bişənə gədər spagettini duzlu suda bişiririk.
Qaba spagetti çəkib, üsdünə sous qoyuruq. Parməzan pendiri səpirik.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, bişiririk, istiot, pendiri, xırda, kəsib, spagetti, qızardırıq, zeytun, kekik, Tomat, səpirik, pastasıni, qalmasın, tikələr, yaxşı, ayırın, böyük, qarışdırıb
BİZİ İZLƏYİN