• Tərəvəz yeməyi resepti

Reseptin məlumatları Baxış sayı: 5 812

Tarix : 20-11-2017, 12:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 2-4

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
Badimcan-2 ədəd
Gül kələmi-250 qr.
Göbələk-250 qr.
Baş soğan-2 ədəd
Pomidor-2 ədəd
Sarimsaq-2 diş
Bolqar bibər-2 ədəd
Kartof-3 ədəd
Tomat pastasi-1 x.q.

Hazırlanması:
Kartofu, badimcani, bolqar bibəri, gobələyi kubik şəklində kəsirik. Ayri ayriliqda tavada günəbaxan yağında qizardirıq.
Dərin qazana lay-lay yigiriq.
Gül kələmini rendələyib, suda biraz bişiririk 5 dəq. hardasa.
Bişəndə yiğiriq başka tərəvəzdərin üstünə.
Ayri tavada baş soğani və sarimsağı kəsib, qizardiriq. Üstünə qabığı təmizdənmiş ve kubik şəklində kəsilmiş pomidoru əlavə edirik. Tomat pastasini 4 x. q. suyla qarişdirib əlavə edirik. Duz, istiot, sarikök ve başka istədiyiniz ədviyyatı əlavə edirik (men cirə əlavə etdim). Bu sousu tərəvəzdərin üstünə əlavə edirik. Bağli qapaqla 30 deqiqə bişiririk.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, tavada, şəklində, üstünə, tərəvəzdərin, başka, bişiririk, Tomat, kubik, kəsib, qizardiriq, Üstünə, qabığı, sarimsağı, soğani, qapaqla, Bağli, sousu, etdim
BİZİ İZLƏYİN