• Tacir sayağı qarabaşaq toyuq filesi ilə resepti

Reseptin məlumatları Baxış sayı: 6 694

Tarix : 8-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuq filesi,
qarabaşaq,
baş soğan,
kök,
sarımsaq,
şüyüd,
tomat pastası,
reyhanlı ədviyyatlar qarışığı.

Hazırlanması:
1.Toyuq filesini qablaşdırmadan çıxardın, yuyun və orta ölçüdə doğrayın. Ədviyyatları qatın və qarışdırın.

2.Dərin tavada bitki yağını qızdırın. Toyuq ətini qoyun və yüksək odda 5-7 dəqiqə ərzində qızardın.

3.Toyuq qızarıldığı zaman soğanı nazik yarım halqa şəkilində doğrayın. Kökü təmizləyin və sürtgəcdən keçirdin, şüyüdü xırda doğrayın (bəzək üçün bir az saxlayın).

4.Tərəvəzləri toyuqun yanına əlavə edin və qarışdıraraq qızardılmasını daha 5 dəqiqə ərzində davam edin. Tomat pastasını yarım stəkan suda həll edin (1 porsiya hesabı ilə), duz əlavə edin. Yaxşıca qarışdırın.

5.Qarabaşağı yuyun. Ətin üzərinə həll olunmuş tomatı və qarabaşağı tökün. 1 diş sarımsaq sığın. Bütün inqrediyentləri qarışdırın, qapaq ilə bağlayın və orta odda 15-20 dəqiqə ərzində hazırlanmasını gözləyin, suyun tam buxarlanmasını gözləyin. Əgər qarabaşaq hazır olmasa bir qədər su da əlavə edə bilərsiniz. Tacir sayağı qarabaşaq hazırdır.

6.Qarabaşağı boşqaba qoyun. İstəyinizlə şüyüdlə bəzəyin.

Nuş olsun!
Etiketlər: qarışdırın, Toyuq, dəqiqə, ərzində, qarabaşaq, doğrayın, əlavə, gözləyin, yarım, yuyun, qoyun, Qarabaşağı, sarımsaq, tomatı, tökün, qarabaşağı, üzərinə, olunmuş, Yaxşıca, davam
BİZİ İZLƏYİN