• Holland pendirli yumurtalı toyuq kotleti resepti

Reseptin məlumatları Baxış sayı: 8 102

Tarix : 2-11-2020, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q Qouda pendiri,
2 ədəd bişmiş yumurta,
1 ədəd bişməmiş yumurta,
yarım dəstə goy soğan.
100 q un,
200 q Amerlander kərə yağı,
500 q toyuq döşü,
200 q suxarı,
Ala bildiyi qədər duz,
İstiot,

Hazırlanması:
Yumurtaların 2-ni suda qaynadın.
Bişdikdən sonra qabığını soyub kiçik-kiçik doğrayın.
Göy soğanı da kiçik -kiçik doğrayın.
Pendiri isə rəndələyin.
Bunları bir-birinə qataraq qarışdırın.
Toyuq döşünü qiymə halına salın.
Toyuq filesinin içərisinə bişməmiş yumurtanı sındırın .
Ala bildiyi qədər duz və istiotunu da əlavə edərək yaxşıca yoğurun.
Un və suxarını da bir-birinə qataraq qarışdırın.
Hazırladığınız toyuq qiyməsini əlinuzlə azca açaraq içərisinə yumurtalı pendirli qarışımı əlavə edərək bükün. Hazır kotleti suxarı və un qarışımına batırıb bir kənara yığın.
Kərə yağını yaxşıca qızdırın və hazır kotletləri yağda qızardın.
Bişən kotletləri bir mətbəx dəsmalının üzərinə alın ki, artıq yağını çəksin.
Kotletlərimiz hazırdır.
İsti halda cəfəri və pomidorla süsləyərək servis edin.

Nuş olsun!
Etiketlər: kiçik, toyuq, kotletləri, birinə, bişməmiş, qataraq, qədər, bildiyi, suxarı, Toyuq, yumurta, içərisinə, pendirli, əlavə, edərək, yaxşıca, doğrayın, kotleti, yağını, qarışdırın
BİZİ İZLƏYİN