Tərkibi:150 qr düyü
50 qr ərinmiş kərə yağı
2 ədəd yumurta
100 qr soğan
0,5 qr lumon duzu
5 qr şəkər tozu
0,1 qr zəfəran
0,2 qr darçın
duz, istiot
Hazırlanması:İlk öncə soğanı halqa doğrayın. Doğradığınız soğanı tavada yağda qızardın. Üzərinə limon duzu və şəkər tozu əlavə edib qarışdırın. Yumurtaları bir kasada çırpın. Çırpdığınız yumurtaları bişən soğanın üzərinə əlavə edib bişirin.
Düyünü suda yarım saatlıq isladın. Qazanda düyü üçün su qaynadın. Düyünü az duz tökülmüş suda bişirin. Bişirib süzdüyünüz düyünün aralarına zəfəran səpərək dəmə qoyun. Süfrəyə verdikdə plovun üstünə qayğanağı əlavə edin. Üzərinə əridilmiş kərə yağı və darçın səpin.
Nuş Olsun!
Etiketlər: Plov, aş, düyü, Şeşəndaz